Bu il “Neft Daşları”nda 2 meydançalararası estakada kəsilərək ləğv edilib

Bu il “Neft Daşları”nda 2 meydançalararası estakada kəsilərək ləğv edilib
Energetika
22 Dekabr , 2017 14:54
Bu il “Neft Daşları”nda 2 meydançalararası estakada kəsilərək ləğv edilib
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılıb.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, “Neft Daşları”nda 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilib.

"Dəniz mədənlərində əməyin mühafizəsinin gücləndirilməsi üçün SOCAR tərəfindən görülən genişmiqyaslı tədbirlər davam edir. Eyni zamanda N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində də 8 meydança birləşdiyi estakadalardan ayrılıb. Bununla da, neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb”, - deyə məlumatda qeyd olunub.