Yuxarı

Bu il magistral neft kəmərləri ilə 7,2 mln. ton neft nəql olunub

Nəqletmənin 80%-i Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb

Bakı. 19 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində magistral neft kəmərləri ilə 7 251,7 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 80%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 5 800,9 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 0,8 min ton tranzit nefti də nəql edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi