Bu il ixrac nəzarətinə düşən malların ticarətinə 29 icazə verilib

Bu il ixrac nəzarətinə düşən malların ticarətinə 29 icazə verilib Bu ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti ü
Energetika
8 aprel 2022 11:07
Bu il ixrac nəzarətinə düşən malların ticarətinə 29 icazə verilib

Bu ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə ümumilikdə 29 icazə verilib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunlardan 24-ü ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixracı, 4-ü isə tranziti ilə bağlı olub.

Hesabat dövründə bütün icazələrin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi