Yuxarı
    Bağlamaq

    Bu il İranın neft gəlirləri 50 mlrd. dollara çatacaq

    Hazırda neft ixracı təqribən sanksiyadan əvvəlki səviyyəyə çatıb

    Bakı. 11 fevral. REPORT.AZ/ İranın növbəti yeni yerli təqvim ilində (Martın 21-dən başlayır. - Report) xam neft və kondensat ixracından gəlirləri neftin qiyməti bir barel üçün 55 dollar civarında qalmaq şərti ilə 45-50 milyard dollara çatacaq.

    “Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane deyib.

    “İranın gələn il neft ixracından gəlirləri 50 milyard dollara çatacaq”, - deyə o bildirib.

    Nazirin sözlərinə görə, hazırda İran neftinin ixracı təqribən sanksiyadan əvvəlki səviyyəyə çatıb.

    “İranın neft və kondensat ixracı son dörd ayda sutkada 2,8 milyon barel təşkil edib. Sanksiya dövrü ilə müqayisədə onlar sutkada 1,6 milyon barel artıb”, — deyə o əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi