Bu il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb

Bu il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb Bakı. 28 dekabr. REPORT.AZ/ Bu ilin dekabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 118 müraciət daxil olub və icrası təmin edilib.
Energetika
28 Dekabr , 2018 10:04
Bu il ərzində Texniki Şuralar vasitəsilə 2037 müraciətə baxılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu ilin dekabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 118 müraciət daxil olub və icrası təmin edilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, dekabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1 352,57 kVt güc sifariş edilib və 291 804,98 manat qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib.

Qeyd edək ki, cari ilin may-dekabr ayları ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlar tərəfindən Texniki Şuralar vasitəsilə 1 164 müraciət daxil olub. Bu dövrdə 14 663,85 kVt güc sifariş edilib, 335 1774,06 manat qoşulma haqqı ödənilib.

Ümumilikdə isə 2018-ci ilin 12 ayı üzrə Texniki Şuralarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 2 037 müraciətə baxılıb. 

Son xəbərlər

Orphus sistemi