Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib Abonentlərin cəmi 9,68 %-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib.
Energetika
463
26 Noyabr , 2020 12:55
Bu il əhali abonentlərinin 90 %-dən çoxu qazda güzəştli limiti keçməyib

Bu ilin 10 ayının iqtisadi göstəricilərinə görə noyabr ayının birinə olan məlumata əsasən “Azəriqaz” İstehsalat Birliyində qeydiyyatda olan 2 milyon 310 min 414 əhali abonentinin cəmi 9,68 %-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, bu da say etibarı ilə 223 599 abonent deməkdir. Yerdə qalan 2 milyon 086 min 815 abonent (ümumi əhali abonentlərinin 90,32 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bundan əlavə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7 % olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi