Yuxarı

Bu il Ceyhandan 75 mln. bareldən çox BTC nefti ixrac edilib

​Bu il Ceyhandan 75 mln. bareldən çox BTC nefti ixrac edilib

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "Botas International Limited" (BIL) şirkəti bu il Ceyhan terminalından 75,308 mln. barel xam neft ixrac edib.

“Report” xəbər verir ki, bu həcmdə xam neft 93 tankerə yüklənilərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,202 mlrd. barel neft 4 178 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi