Yuxarı
    Bağlamaq

    Bu il Ceyhan limanından 4,1 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

    Fevralda 1,232 mln. ton Azərbaycan Dövlət Neft Fondunun nefti ixrac olunub

    Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 4 131 722 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, bu ilin iki ayında Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin 2 082 936 tonu fevral ayının payına düşüb. Bu həcmin 1 232 097 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

    Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il mart ayının 1-ə qədər Ceyhan limanından 323 966 321 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

    Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi