Bu il Ceyhan limanından 10 mln. ton Azərbaycan nefti bazara çıxarılıb

Bu il Ceyhan limanından 10 mln. ton Azərbaycan nefti bazara çıxarılıb İndiyədək Ceyhan limanından dünya bazarına 330 mln ton Azərbaycan nefti yola salınıb
Energetika
5 İyun , 2017 11:27
Bu il Ceyhan limanından 10 mln. ton Azərbaycan nefti bazara çıxarılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində 2 236 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcmin 1 322 980 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 275 528 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-dək Ceyhan limanından 330 110 127 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.

Son xəbərlər

Orphus sistemi