Yuxarı

​Bu il BTC kəməri ilə 2 mln. ton tranzit nefti nəql edilib

Azərbaycanın magistral kəmərləri ilə 18,4 mln. ton neft nəql olunub

Bakı. 17 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 18 405,2 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral neft kəmərləri ilə nəqletmədə ötən ilin analoji dövrünə nisbətən 5% azalma qeydə alınıb.

Nəqletmənin 80,1%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-may ayları ərzində bu kəmər vasitəsilə 14 746,7 min ton neft ötürülüb ki, bu göstərici də ötən ilin müvafiq dövrünə nisbətən 1,3% azdır. Dövr ərzində BTC kəməri ilə 2,0 mln. ton (33% az) tranzit nefti də nəql edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi