Bakı-Ceyhan kəməri ilə bu il 1,2 mln. ton tranzit nefti nəql olunub

Bakı-Ceyhan kəməri ilə bu il 1,2 mln. ton tranzit nefti nəql olunub Magistral neft kəmərləri ilə 11,2 mln. ton neft nəql edilib
Energetika
18 Aprel , 2016 09:43
Bakı-Ceyhan kəməri ilə bu il 1,2 mln. ton tranzit nefti nəql olunub

Bakı. 18 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda magistral kəmərlərlə 11 158,9 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 4,3% azdır.

Nəqletmənin 79,4%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmər vasitəsilə 8 863,9 min ton neft ötürülüb ki, bu da ötən ilin birinci rübündən 2,2% azdır.

Dövr ərzində BTC kəməri ilə 1,2 mln. ton tranzit nefti də nəql olunub.

Son xəbərlər

Orphus sistemi