Bu il BTC ilə tranzit neftinin nəqli 42% artıb

Bu il BTC ilə tranzit neftinin nəqli 42% artıb Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə ötən ilin müvafiq dövrünə nisbətən 4% azalaraq 35 584,5 min ton təşkil edib.
Energetika
17 Noyabr , 2017 11:43
Bu il BTC ilə tranzit neftinin nəqli 42% artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə ötən ilin müvafiq dövrünə nisbətən 4% azalaraq 35 584,5 min ton təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin yanvar-oktyabr ayları ərzində BTC vasitəsilə 28 049,3 min ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq aylarından 1,6% azdır.

Dövr ərzində BTC kəməri ilə 5 351,7 min ton tranzit nefti də nəql edilib. Bu isə ötən ilin müvafiq dövründən 42% artıqdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “AÇG” nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."-nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), CIECO (2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi