BTC ilə 3,8 mln. ton tranzit nefti nəql edilib

BTC ilə 3,8 mln. ton tranzit nefti nəql edilib Magistral neft kəmərləri ilə 24,7 mln. ton neft nəql olunub
Energetika
16 avqust 2017 10:53
BTC ilə 3,8 mln. ton tranzit nefti nəql edilib

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 24 733,5 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, nəqletmənin 78,3%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-iyul ayları ərzində bu kəmər vasitəsilə 19 374,2 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3 759,1 min ton tranzit nefti də nəql edilib.

Son xəbərlər

Orphus sistemi