Bu il borca görə 10 mindən çox abonentin qaz təchizatı dayandırılıb

Bu il borca görə 10 mindən çox abonentin qaz təchizatı dayandırılıb ​​​​​​​Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Qəza-çağrı xidmətinə qazın olmaması ilə bağlı 21 747 müraciət daxil olub
Energetika
27 May , 2022 11:52
Bu il borca görə 10 mindən çox abonentin qaz təchizatı dayandırılıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Qəza-çağrı xidmətinə qazın olmaması ilə bağlı 21 747 müraciət daxil olub.

“Report”un məlumatına görə, bunu bu gün Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək qurumda media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 5 707 müraciət azdır.

O bildirib ki, qazın olmaması ilə bağlı müraciətlərin azalmasına baxmayaraq, bu müraciətlərdən 10 350-si borcu ödəməyən abonentlərdir: “Bu qədər sayda abonentin qaz təchizatı borc yarandığı üçün dayandırılıb. Dəfələrlə belə abonentlərə bildirişlərin verilməsinə baxmayaraq, onlar ilin əvvəlindən bu günə qədər sərf etdikləri qazın pulunu ödəmədikləri üçün 10 350 abonentin qaz təchizatı dayandırılıb”.

X. Şimşək deyir ki, həttə belə abonentlər borclarının olduqlarını bilə-bilə, “Azəriqaz”ın 104 xidmətinə qazın olmaması ilə bağlı müraciət edirlər: “Ancaq bununla belə həmin abonentlərin bir daha nəzərinə çatdırırıq ki, sərf etdikləri təbii qazın ödənişini hətta hissə-hissə ödəsələr belə bir problemlə qarşılaşmayacaqlar”.

Son xəbərlər

Orphus sistemi