Bu il Bakıda neft hasilatı 0,2%, qaz hasilatı 3,6% artıb

Bu il Bakıda neft hasilatı 0,2%, qaz hasilatı 3,6% artıb Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyar ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,9 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% azalıb.
Energetika
30 Noyabr , 2018 13:34
Bu il Bakıda neft hasilatı 0,2%, qaz hasilatı 3,6% artıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyar ayları ərzində Bakı şəhərində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,9 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2% azalıb.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında sahənin əsas məhsulu olan xam neftin hasilatı 31 797,4 min ton, əmtəəlik təbii qazın hasilatı isə 15 546,3 mln. kubmetr təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 0,2%, qaz hasilatı isə 3,6% artıb.

Son xəbərlər

Orphus sistemi