Yuxarı

Bakı-Tbilisi-Ərzurum kəməri ilə yeddi ayda 4,2 mlrd. kubmetr qaz ötürülüb

Azərbaycanın magistral qaz kəmərləri ilə 12 mlrd. kubmetr qaz nəql edilib

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanın magistral qaz kəmərləri ilə bu ilin yanvar-iyul ayları ərzində 12 036,9 mln. kubmetr qaz nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqldə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,5% azalma müşahidə olunub.

Qazın nəqlinin 34,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 157,5 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi