​Bu il Bakı-Ceyhan kəmərinə 88 mln. dollar xərclənib

​Bu il Bakı-Ceyhan kəmərinə 88 mln. dollar xərclənib Bu ilin ilk yarısında BTC vasitəsilə təqribən 18 mln. ton xam neft ixrac olunub
Energetika
11 Avqust , 2015 13:39
​Bu il Bakı-Ceyhan kəmərinə 88 mln. dollar xərclənib

Bakı. 11 avqust. REPORT.AZ/ Cari ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəməri üzrə əməliyyat xərclərinə təqribən 73 mln. ABŞ dolları, əsaslı xərclərə isə 15 mln. dollar xərclənib. "Report" xəbər verir ki, bu barədə layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin yaydığı hesabatda deyilir.

Məlumata görə, BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 mln. bareldir.

Hesabatda deyilir ki, 1 768 km uzunluğa malik BTC kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan BTC vasitəsilə nəql edilmiş ümumilikdə təxminən 2,23 mlrd. barel yaxud 298 mln. ton xam neft Ceyhanda təxminən 2 940 tankerə yüklənib və dünya bazarına göndərilib.

Birinci yarımil ərzində BTC vasitəsilə təqribən 18 mln. ton və ya 135 mln. barel xam neft ixrac olunub və bu neft Ceyhanda 188 tankerə yüklənib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstanın tranzit nefti nəql olunur.

Xatırladaq ki, BP 30,10%, AzBTC 25,00%, "Chevron" 8,90%, "Statoil" 8,71%, TPAO 6,53%, ENI 5,00%, "Total" 5,00%, "Itochu" 3,40%, "Inpex" 2,50%, "ConocoPHillips" 2,50% və "ONGC (BTC) Ltd." 2,36% payla "BTC. Co"-nun səhmdarlarıdır.

Son xəbərlər

Orphus sistemi