Bu il Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

Bu il Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb Ötən ay bu boru kəməri ilə 2 mln. ton Azərbaycan nefti nəql olunub
Energetika
6 Dekabr , 2016 13:06
Bu il Bakı-Ceyhan kəməri ilə neftin nəqli artıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 072 571 ton Azərbaycan nefti nəql olunub. “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcm ötən ilin noyabr ayından 8% azdır.

Cari ilin yanvar-noyabr aylarında isə BTC kəməri vasitəsilə 26 476 233 ton neft ötürülüb ki, bu həcm ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,39% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il iyun) 2016-cı il dekabr ayının 1-тə qədər BTC-yə 319 151 612 ton neft vurulub. 

Bundan başqa, hesabat ayında BTC kəməri ilə 344 987 ton Türkmənistan nefti nəql olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% azdır.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "AÇG" nefti və "Şahdəniz" kondensatı daşınır.

Son xəbərlər

Orphus sistemi