Bu il “Azəriqaz”ın 11 minə yaxın yeni abonenti qeydiyyata alınıb

Bu il “Azəriqaz”ın 11 minə yaxın yeni abonenti qeydiyyata alınıb ​​​​​​​Bu ilin martın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 452 min 924-ə çatıb
Energetika
11 Mart , 2022 13:20
Bu il “Azəriqaz”ın 11 minə yaxın yeni abonenti qeydiyyata alınıb

Bu ilin martın 1-nə “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 452 min 924-ə çatıb.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bunun 37 min 421-i qeyri-əhali sektoru üzrə, 2 milyon 415 min 503 abonenti isə əhali sektoru üzrə olub.

O bildirib ki, bu ilin yanvar-fevral ayları ərzində 10 min 775 yeni abonent qeydiyyata alınıb. Bunun 10 min 197 əhali sektoru üzrə, 578 abonent isə qeyri-əhali sektoru üzrə qeydiyyata alınıb.

R. Əliyev deyib ki, bu ilin fevral ayı ərzində 4 min 868 yeni abonent qeydiyyata alınıb. Bunun 4 min 557-i əhali sektoru üzrə, 311 abonent isə qeyri-əhali üzrə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi