Yuxarı

Bu il “Azəriqaz” çoxmərtəbəli binalar üzrə 8 700-dən çox mənzilə qaz verib

​Bu il “Azəriqaz” çoxmərtəbəli binalar üzrə 8 700=dən çox mənzilə qaz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

“Azəriqaz”dan “Report”a verilən məlumata görə, birlik bu ilin altı ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib.  Həmin binalarda, ümumilikdə, 8 714 ailə yaşayır.

Bildirilib ki, “Azəriqaz” təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi