Yuxarı
    Bağlamaq

    Bu il “Azəriqaz” 37 yaşayış məntəqəsinə qaz verib

    Qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119 km qaz kəməri əsaslı təmir olunub© Report

    Bakı. 9 avqust. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-iyul ayları ərzində 957,8 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119,3 km qaz kəməri əsaslı təmir olunub. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda deyilir ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 37 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi