Bu il “Azəriqaz” 31 yaşayış məntəqəsinə təbii qaz verib

Bu il “Azəriqaz” 31 yaşayış məntəqəsinə təbii qaz verib
Energetika
5 İyun , 2018 16:15
Bu il “Azəriqaz” 31 yaşayış məntəqəsinə təbii qaz verib
Report
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ 2018-ci ilin yanvar-may ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 811 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 97,9 km qaz kəməri əsaslı təmir olunub.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Bərdə, Şəki, Göyçay, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 31 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.