Bu il Azərbaycanın Ukraynaya ixrac etdiyi xam neftinin dəyəri açıqlandı

Bu il Azərbaycanın Ukraynaya ixrac etdiyi xam neftinin dəyəri açıqlandı Azərbaycanın Ukraynaya ümumi idxal edilən xam neftin 61,78 % payına malikdir
Energetika
14 Dekabr , 2020 13:22
Bu il Azərbaycanın Ukraynaya ixrac etdiyi xam neftinin dəyəri açıqlandı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Ukraynaya 232,94 mln ABŞ dolları dəyərində xam neft ixrac edib.

Bu barədə “Report” Ukrayna Dövlət Gömrük Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın Ukraynaya ümumi idxal edilən xam neftin 61,78 % payına malikdir.

Bu ilin 11 ayı ərzində Ukrayna xam neft və neft məhsullarınını idxalını 2019-cu ilin analoji dövrü ilə müqayisədə 405,251 min ton və ya 54,3 % artıraraq 1 mln 151,144 min ton təşkil edib.

Bu müddət ərzində ölkəyə 377,031 mln ABŞ dolları dəyərində xam neft idxal edilib ki, bu da 2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,5 % azdır. 2019-cu ilin 11 ayında bu məbləğ 382,657 mln ABŞ dolları təşkil edib.

Bu dövr ərzində ABŞ-dan Ukraynaya 98,445 mln ABŞ dolları (26,11 %), Liviyadan 45,555 mln ABŞ dolları (12,08 %), digər ölkələrdən isə 0,091 mln ABŞ dolları (0,02 %) xam neft idxal edilib.

2020-ci ilin yanvar-noyabr ayları ərzində Ukraynadan ümumilikdə 24,351 mln ABŞ dolları dəyərində olan 80 min ton xam neft və neft məhsulları ixrac edilib. İxrac “Ukrtransnafta” şirkəti tərəfindən Belarusa həyata keçirilib və bu həmlər Azərbaycan nefti olub.

Son xəbərlər

Orphus sistemi