Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 34,6 mln. ton neft nəql edilib

Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 34,6 mln. ton neft nəql edilib Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 34 634,6 min ton neft nəql edilib.
Energetika
17 noyabr 2018 06:35
Bu il Azərbaycanın magistral neft kəmərləri ilə 34,6 mln. ton neft nəql edilib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 34 634,6 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 81,6%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 256,9 min ton neft ötürülüb.

Dövr ərzində Bakı-Tbilisi-Ceyhan kəməri ilə 5 465,4 min ton tranzit nefti də nəql edilib.

Son xəbərlər

Orphus sistemi