Azərbaycandan Ukraynaya 171 mln dollarlıq neft ixrac edilib

Azərbaycandan Ukraynaya 171 mln dollarlıq neft ixrac edilib Bu il Azərbaycandan Ukraynaya 171 mln. dollara yaxın neft ixrac edilib
Energetika
13 İyul , 2020 15:22
Azərbaycandan Ukraynaya 171 mln dollarlıq neft ixrac edilib

Bu ilin yanvar-iyun ayları ərzində Ukrayna Azərbaycandan ümumi dəyəri 170,783 mln. ABŞ dolları olan neft və neft məhsulları idxal edib.

“Report”un məlumatına görə, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, Azərbaycan neft və neft məhsullarının idxalı Ukraynanın bu adda idxal etdiyi məhsullar arasında 64,52% paya malikdir.

Bu ilin ilk yarım ilində ümumilikdə Ukrayna 773,515 min ton miqdarında neft və neft məhsulları idxal edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 453,817 min ton və ya 2,4 dəfə çoxdur.   

Bu ilin birinci yarımilliyində Ukrayna tərəfi 264,688 mln. ABŞ dolları dəyərində neft xammalı idxal edib ki, bu da 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 1,6 dəfə çoxdur.

Bu ilin eyni dövründə Ukrayna ABŞ-dan 48,338 mln. ABŞ dolları (18,26%), Liviyadan - 45,555 mln. ABŞ dolları (17,21%), həmçinin digər ölkələrdən 0,012 mln. ABŞ dolları həcmində neft və neft məhsulları idxal edib.

Son xəbərlər

Orphus sistemi