Bu il Azərbaycanda qaz hasilatı 4 % artıb

Bu il Azərbaycanda qaz hasilatı 4 % artıb SOCAR üzrə bu dövrdə 1,9 milyard kubmetr qaz hasil olunub
Energetika
21 Aprel , 2021 10:40
Bu il Azərbaycanda qaz hasilatı 4 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10,4 milyard kubmetr qaz hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin üç ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, qazın 3,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 5,1 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə bu dövrdə 1,9 milyard kubmetr qaz hasil olunub.

Ötən ilin müvafiq dövrünə nisbətən 4 %, yəni 407 milyon kubmetr artımla qaz hasil edilib.

Son xəbərlər

Orphus sistemi