Bu il Azərbaycanda etilen və polietilen istehsalı artıb

Bu il Azərbaycanda etilen və polietilen istehsalı artıb Bu il Azərbaycanda 77,1 min ton həcmində propilen, 102,4 min ton həcmində polietilen, 102,1 min ton həcmində etilen istehsal edilib.
Energetika
339
16 Oktyabr , 2020 12:28
Bu il Azərbaycanda etilen və polietilen istehsalı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 77,1 min ton həcmində propilen, 102,4 min ton həcmində polietilen, 102,1 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 73,1 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 3,2% artıb, əmtəəlik propilen istehsalı isə 1,7% azalıb.

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə etilen istehsalı 4,2%, polietilen istehsalı isə 18,8% artıb.

Son xəbərlər

Orphus sistemi