Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb

Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 44 milyard 221,1 milyon kubmetr təbii qaz hasil edilib
Energetika
15 Dekabr , 2023 13:36
Bu il Azərbaycanda əmtəəlik qaz hasilatı 4 %-dən çox artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 44 milyard 221,1 milyon kubmetr təbii qaz hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 33 milyard 146,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 4,1 %, əmtəəlik qaz hasilatı isə 4,3 % artıb.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 27 milyon 695,4 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 27 milyon 597,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci ilin 11 ayı ilə müqayisədə 7,4 % (əmtəəlik neftin həcmləri isə 7,5 %) azdır.

Son xəbərlər

Orphus sistemi