Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 825,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2% artıb.
“Report”un
Bu müddət ərzində dizel yanacağının istehsalı 2,1% artaraq 1 755,2 min ton təşkil edib.
Bu ilin yanvar-noyabr aylarında sürtkü yağlarının istehsalı 4,5 dəfə artaraq 150,6 min ton, neft bitumunun istehsalı 30,7% artaraq 272,8 min olub. Neft koksunun istehsalı 13% artaraq 223,1 min ton olub.
Bu ilin yanvar-noyabr aylarında yanacaq mazutunun istehsalı 60,7% azlaraq 92,7 min ton təşkil edib.
Bu ilin 11 ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,2% artaraq 179,4 min tona çatıb. Ağ neftin istehsalı isə 2,8% artaraq 554,1 min ton təşkil edib.