Bu il Azərbaycanda 82 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il Azərbaycanda 82 yaşayış məntəqəsi qazlaşdırılıb "Azəriqaz" bu ilin 6 ayında 5,4 min km yeni qaz kəmərləri quraşdırıb, 360 km qaz kəmərlərini əsaslı təmir edib
Energetika
14 İyul , 2015 15:22
Bu il Azərbaycanda 82 yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının və 2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində tədbirlər həyata keçirilir.

SOCAR-dan "Report"a verilən xəbərə görə, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən işlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələri “mavi yanacaq”la təmin olunur. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə Birlik tərəfindən bu ilin 6 ayı ərzində 5 391 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 356 km-lik qaz kəmərləri əsaslı təmir olunub. Aparlan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-iyun ayları ərzində ölkənin 82 yaşayış məntəqəsi qazlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi