Bu il Azərbaycanda 733 min ton avtomobil benzini istehsal olunub

Bu il Azərbaycanda 733 min ton avtomobil benzini istehsal olunub Sentyabrın 1-nə 11 min ton hazır məhsul ehtiyatı qalıb
Energetika
17 Sentyabr , 2016 15:27
Bu il Azərbaycanda 733 min ton avtomobil benzini istehsal olunub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 736,2 mln. manat olub. Bu isə əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 9,8% azalma deməkdir.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından sürtkü yağlarının istehsalı 48,7%, dizel yanacağının istehsalı 22,5%, neft koksunun istehsalı 21,9%, avtomobil benzininin istehsalı 7,1%, ağ neftin istehsalı 8,3% azalıb, yanacaq mazutunun istehsalı 2,1 dəfə və neft bitumunun istehsalı isə 2,5% artıb. Hesabat dövründə 732,6 min ton avtomobil benzini, 120 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 417,1 min ton ağ neft, 1 491,5 min ton dizel yanacağı, 416,5 min ton yanacaq mazutu, 7,7 min ton sürtkü yağları, 112,7 min ton neft bitumu, 121,1 min ton neft koksu istehsal olunub.

Bu ilin sentyabrın 1-nə 11 min ton avtomobil benzini, 2,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 31 min ton ağ neft, 86,8 min ton dizel yanacağı, 10,8 min ton yanacaq mazutu, 10,3 min ton sürtkü yağları, 3,3 min ton neft bitumu, 7,3 min ton neft koksunun hazır məhsul ehtiyatı qalıb.

Son xəbərlər

Orphus sistemi