Bu il Azərbaycanda 6,3 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub

Bu il Azərbaycanda 6,3 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub Əmtəəlik təbii qazın həcmi 0,2% azalıb
Energetika
17 May , 2017 13:03
Bu il Azərbaycanda 6,3 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12,642 mln. ton qaz kondensatı da daxil olmaqla xam neft hasil olunub. 

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə əmtəəlik xam neftin istehsal həcmi 12 628,1 min ton təşkil edib.

Neft hasilatı bu ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azalıb.

Hesabat dövründə ölkədə 9 245,4 mln. kubmetr təbii qaz hasil olunub ki, onun da 6 284,8 mln. kubmetri əmtəəlik təbii qaz olub. Bu ilin 4 ayında qaz hasilatı illik müqayisədə 6,9% azalıb. Əmtəəlik təbii qazın həcmi isə 0,2% az olub.

Bu il mayın 1-nə Azərbaycanda hazır məhsul ehtiyatı kimi 414,7 min ton xam neft, 1 373,7 mln. kubmetr isə təbii qaz olub.

Son xəbərlər

Orphus sistemi