Yuxarı

Bu il Azərbaycanda 57 376 yeni abonent qazla təmin olunub

Bu il Azərbaycanda 57 376 yeni abonent qazla təmin olunub

Abonentlərin sayı 2 062 011-ə çatıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 57 376 yeni abonent qeydiyyata alınıb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 27 637-i Bakı, Abşeron və Sumqayıt, 29 739-u isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 062 011-ə çatıb.

Sentyabrın 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 445 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi