Azərbaycanda on bir ayda 37,7 mln.ton neft, 17 mlrd. kubmetr qaz hasil olunub

Azərbaycanda on bir ayda 37,7 mln.ton neft, 17 mlrd. kubmetr qaz hasil olunub Neft hasilatı 1,5%, qaz hasilatı isə 4,9% azalıb
Energetika
38
14 Dekabr , 2016 16:35
Azərbaycanda on bir ayda 37,7 mln.ton neft, 17 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 37 717,2 min ton xam neft hasil olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 37 670,4 min tonunu əmtəəlik xam neft təşkil edib.

Bu ilin 11 ayında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövründən 1,5% az olub.

Hesabat dövründə ölkə üzrə 26 891,2 mln. kubmetr həcmində təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 0,1% azdır. Yanvar-noyabr aylarında ölkə üzrə hasil olunan təbii qazın 17 024,8 mln. kubmetri əmtəəlik olub. Ölkə üzrə bu ilin 11 ayında hasil olunan əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövründən 4,9% az olub.