Yuxarı

Bu il Azərbaycanda 31,3 mln. ton neft hasil olunub

Hesabat dövründə 13,8 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 31 268,2 min ton xam neft hasil olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 31 221,9 min tonunu əmtəəlik xam neft təşkil edib. Hesabat dövründə neft hasilatı 0,3% azalıb.

Bu ilin 9 ayı ərzində Azərbaycanda qaz hasilatı isə 22 051,4 mln. kubmetr təşkil edib ki, ondan 13 771,2 mln. kubmetri əmtəəlik qaz olub. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artıb, əmtəəlik qaz hasilatı isə 1,6% azalıb.

Bu il oktyabrın 1-nə ölkədə 234,3 min ton hazır neft ehtiyatı, 1 097,1 mln. kubmetr isə qaz ehtiyatı yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi