Bu il Azərbaycanda 28,8 mln. ton neft hasil edilib

Bu il Azərbaycanda 28,8 mln. ton neft hasil edilib Azərbaycanda əmtəəlik qaz hasilatının həcmi 13,5 mlrd. kubmetr təşkil edib
Energetika
14 Oktyabr , 2017 12:22
Bu il Azərbaycanda 28,8 mln. ton neft hasil edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 792,8 min ton xam neft hasil olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 28 755,4 min tonu əmtəəlik xam neft olub.

Bu ilin 9 ayında Azərbaycanda neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 8% az olub.

Hesabat dövründə Azərbaycanda qaz hasilatının həcmi 21,091 mlrd. kubmetr təşkil edib ki, bu həcmin də 13 509,7 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Yanvar-sentyabr aylarında ölkədə qaz hasilatının həcmi ötən ilin müvafiq dövründən 5,3%, əmtəəlik təbii qazın həcmi isə 3,4% az olub.

Son xəbərlər

Orphus sistemi