Bu il Azərbaycanda 28,8 mln ton neft hasil edilib

Bu il Azərbaycanda 28,8 mln ton neft hasil edilib Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 mln ton az olub
Energetika
19 Noyabr , 2020 13:15
Bu il Azərbaycanda 28,8 mln ton neft hasil edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 28,8 mln ton neft (kondensatla birlikdə) hasil edilib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,3 mln ton az olub.

Respublika üzrə neft hasilatının 19,7 mln tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 mln tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 6,2 mln ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi