Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib

Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib SOCAR üzrə bu dövrdə 4,9 mlrd kubmetr qaz hasil olunub
Energetika
169
22 Sentyabr , 2020 10:48
Bu il Azərbaycanda 25 mlrd kubmetrdən çox qaz hasil edilib

Bu ilin 8 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 8,7%, yəni 2 mlrd kubmetr artımla 25,1 mlrd kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

Qaz hasilatının 7,9 mlrd kubmetri “Azəri-Çıraq-Güməşli”dən, 12,3 mlrd kubmetri isə “Şahdəniz”dən əldə edilib.

SOCAR üzrə bu dövrdə 4,9 mlrd kubmetr qaz hasil olunub.

Son xəbərlər

Orphus sistemi