Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib

Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika
226
22 Sentyabr , 2020 10:30
Bu il Azərbaycanda 23,2 milyon ton neft hasil edilib

Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 23,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 1,8 mln. ton az olub.

Respublika üzrə hasil edilmiş neftin 16 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,4 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat isə 4,8 milyon ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi