​Bu il Azərbaycanda 170 yaşayış məntəqəsi qazlaşdırılıb

​Bu il Azərbaycanda 170 yaşayış məntəqəsi qazlaşdırılıb Həmçinin, 377 kilometrlik qaz kəmərləri əsaslı təmir olunub
Energetika
15 Sentyabr , 2015 16:40
​Bu il Azərbaycanda 170 yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-avqust ayları ərzində 7 962 km uzunluğunda yeni qaz kəmərləri quraşdırıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarı üçün isə 377 km-lik qaz kəmərləri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində bu ilin yanvar-avqust ayları ərzində ölkənin 170 yaşayış məntəqəsi qazlaşdırılıb.

Qeyd edək ki, bu işlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2014-2016-cı illər) çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi