Bu il Azərbaycanda 17 mlrd. kubmetr qaz ehtiyatı olub

Bu il Azərbaycanda 17 mlrd. kubmetr qaz ehtiyatı olub Təbii qaz ehtiyatlarının 46%-i ölkə daxilində istehlak edilib
Energetika
25 Noyabr , 2015 12:41
Bu il Azərbaycanda 17 mlrd. kubmetr qaz ehtiyatı olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 16,7 mlrd. kubmetr həcmində əmtəəlik təbii qaz ehtiyatları olub. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2% azdır.

Bu il toplanan ehtiyatların 86,4%-i hasilat, 13,6%-i isə ilin əvvəlinə mövcud olan qalıq ehtiyat hesabına formalaşıb.

Təbii qaz ehtiyatlarının 45,9%-i ölkə daxilində istehlak edilib, 34,8%-i ixrac olunub, 4,4%-ni itkilər təşkil edib, 14,9%-i isə oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi mövcud olub.

Son xəbərlər

Orphus sistemi