​Bu il Azərbaycanda 17,5 mln. ton xam neft hasil olunub

​Bu il Azərbaycanda 17,5 mln. ton xam neft hasil olunub Əmtəəlik qaz hasilatı 7,8 mlrd. kubmetr olub
Energetika
16 İyun , 2016 11:15
​Bu il Azərbaycanda 17,5 mln. ton xam neft hasil olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 17 544,3 min ton xam neft, 12 451,6 mln. kubmetr isə təbii qaz hasil olunub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft hasilatında 0,7% azalma, qaz hasilatında isə 0,5% artım müşahidə olunub.

Hesabat dövründə hasil olunan xam neftin 17 522,1 min tonu, qaz hasilatının 7 822,7 mln. kubmetri əmtəəlik olub.

Əmtəəlik qaz hasilatında 9,9% azalma qeydə alınıb. Bu il iyunun 1-i vəziyyətinə 375,7 min ton xam neft, 1 026,7 mln. kubmetr həcmində təbii qaz üzrə hazır məhsul ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi