Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ildə Azərbaycanda 14 yeni yaşayış massivini qazlaşdırıb.
“Report”un məlumatına görə, bu barədə qurumun 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatında deyilir.
Hesabata əsasən, 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma davam edir.
Qeyd edilir ki, 6 ay ərzində 583,1 km uzunluğunda yeni qaz xətti çəkilib. 57 ədəd qaz tənzimləyicisi, 58 ədəd müxtəlif diametrli siyirtmə və rəzələr quraşdırılıb. Plan üzrə 1125 qaz xəttindən 386-sı kipliyə sınaq olunub.
Yanvar-iyun aylarında 41 979,5 metr yeraltı, 111 748,3 metr yerüstü qaz kəmərlərinə texniki baxış aparılıb.