Yuxarı
    Bağlamaq

    Bu il Azərbaycanda 1,9 mlrd. manatlıq neft məhsulları istehsal olunub

    Ölkədə 832 min ton avtomobil benzini istehsal edilib

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 1 957,1 mln. manat dəyərində neft məhsulları istehsal olunub.

    “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3% azdır.

    Hesabat dövründə 7,7 min ton sürtkü yağları, 1 720,9 min ton dizel yanacağı, 280 min ton neft koksu, 831,8 min ton avtomobil benzini, 473,8 min ton ağ neft, 435,3 min ton yanacaq mazutu və 138,5 min ton neft bitumu, 131,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal olunub.

    Neft məhsullarından sürtkü yağlarının istehsalı 57,7%, dizel yanacağının istehsalı 19,1%, neft koksunun istehsalı 5,9%, avtomobil benzininin istehsalı 8,3%, ağ neftin istehsalı 7,5%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 7,5% azalıb, yanacaq mazutunun istehsalı 65%, neft bitumunun istehsalı isə 11% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi