Bu il Azərbaycan Ukraynaya 216 milyon dollarlıq neft ixrac edib

Bu il Azərbaycan Ukraynaya 216 milyon dollarlıq neft ixrac edib Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Ukraynaya 216,2 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.
Energetika
160
11 Noyabr , 2020 11:18
Bu il Azərbaycan Ukraynaya 216 milyon dollarlıq neft ixrac edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Ukraynaya 216,2 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.

“Report” “İnterfax-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin hesabatında bildirilir.

Məlumata görə, 10 ay ərzində Azərbaycan Ukraynanın xam neft idxalına çəkdiyi xərcdə 62,7% paya malik olub. Hesabat dövründə qarşı tərəfin xam neft idxalının ümumi dəyəri 344,85 milyon ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 9,3% çoxdur.

Son 1 ildə Ukrayna xam neft idxalının həcmini isə 1,7 dəfə artırıb və 1,05 milyon tona çatdırıb.

Yanvar-oktyabrda Ukrayna həmçinin ABŞ-dan 83,05 milyon dollar, Liviyadan 45,6 milyon dollar, digər ölkələrdən isə 0,1 milyon dollar dəyərində xam neft idxal edib.

10 ay ərzində Ukraynadan xam neft ixracı həyata keçirilməyib.

Son xəbərlər

Orphus sistemi