Bu il Azərbaycan üçün neft hasilatı proqnozu açıqlanıb

Bu il Azərbaycan üçün neft hasilatı proqnozu açıqlanıb Nazirlik: Bu il ölkədə 40 mln. ton neft hasil olunacağı gözlənilir
Energetika
909
9 Fevral , 2017 15:05
Bu il Azərbaycan üçün neft hasilatı proqnozu açıqlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın 2017-ci il üçün neft hasilatı proqnozu 40 mln. ton həcmində müəyyən edilib. 

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bunun 32,3 mln. tonu ABƏŞ və “Şahdəniz” konsorsiumlarının payına düşür. Bu il üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatı isə 7,7 mln. ton səviyyəsində proqnozlaşdırılır.

Xatırladaq ki, 2016-cı ildə ölkə üzrə neft hasilatı 41,035 mln. ton, o cümlədən, ABƏŞ üzrə (AÇG yataqlar bloku) 31,02 mln. ton, “Şahdəniz” üzrə 2,5 mln. ton, SOCAR üzrə isə 7,5 mln. ton olub.

Son xəbərlər

Orphus sistemi