Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfədən çox artırıb

Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfədən çox artırıb Azərbaycanın ümumi ixracında təbii qazın payı 20,95 % olub
Energetika
16 Aprel , 2021 15:34
Bu il Azərbaycan təbii qaz ixracından qazancını 5 dəfədən çox artırıb

Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 6 mlrd 165 mln 450,44 min kubmetr həcmində təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən üç ay ərzində Azərbaycan ixrac etdiyi təbii qazın dəyəri 867 mln 067,7 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-mart ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 4,4 dəfə, dəyəri isə 5,4 dəfə çoxdur.

Bu ilin ilk rübü ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 20,95 % olub.

Son xəbərlər

Orphus sistemi