2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 193 min 737,57 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 110 milyon 734,09 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2021-ci ilin eyni ayları ilə müqayisədə 2 dəfə, dəyəri isə 32,2 % azdır.
Yanvar-aprel ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,94 % olub.
Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.