Bu il Azərbaycan neft məhsullarının ixracını 15%-dək artırıb

Bu il Azərbaycan neft məhsullarının ixracını 15%-dək artırıb Neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,12% olub.
Energetika
295
20 Oktyabr , 2020 11:30
Bu il Azərbaycan neft məhsullarının ixracını 15%-dək artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 809,7 min ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 224,2 mln ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 14,35% çox, dəyəri isə 35,18% azdır.

Bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,12% olub.

Son xəbərlər

Orphus sistemi