Bu il Azərbaycan neft məhsulları ixracından qazancını 51% artırıb

Bu il Azərbaycan neft məhsulları ixracından qazancını 51% artırıb Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,57% olub
Energetika
17 May , 2021 16:10
Bu il Azərbaycan neft məhsulları ixracından qazancını 51% artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 388 min 311,66 ton həcmində neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 163 mln 409,16 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 10,7 %, dəyəri isə 51,3 % çoxdur.

Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,57 % olub.

Son xəbərlər

Orphus sistemi